Tramp yeni tariflərə işarə etdiyi üçün investorlar ehtiyatlı davranırlar

Bölmə: Dünya › ,
Tarix: 23:38 21.01.2025

İnvestorlar ABŞ prezidenti Donald Trampın rüsumlarla bağlı nə edəcəyini həzm etməyə çalışarkən, qlobal birjalar çərşənbə axşamı dalğalandı.

 

İnauqurasiya nitqində Tramp ,vəzifəyə başladığı ilk gündə təzə idxal vergilərini açıqlamaqdan imtina etdi. Daha sonra Meksika və Kanadaya yeni tariflərin fevralın 1-də tətbiq oluna biləcəyini söylədi.

 

ABŞ və Avropada səhmlər bir qədər yüksək açıldı, Asiyada isə cüzi qazanclar oldu.

Tramp, şirkətin mənfəətini artırmaq potensialına malik olan ticarət islahatları, aşağı vergilər və hökumət qaydalarına ixtisar daxil olmaqla, iddialı bir gündəm vəd etdi.

Lakin bəzi iqtisadçılar xəbərdarlıq ediblər ki, tədbirlər inflyasiyanı da artıra bilər ki, bu da öz növbəsində Federal Ehtiyat Sistemini faiz dərəcələrini artırmağa məcbur edə bilər.

İnauqurasiyadan sonra bazar ertəsi ucuzlaşan dollar funt və avro da daxil olmaqla, bəzi digər əsas valyutalar qarşısında bir qədər möhkəmləndi.

Tramp həmçinin bildirib ki, Çinə yeni tariflər TikTok-un gələcəyi ilə bağlı razılığın əldə edilib-edilməməsindən asılı ola bilər. Əgər Pekin belə bir razılaşmanın qarşısını alsaydı, bu, bir qədər düşmənçilik hərəkəti olardı.

Lakin o, ABŞ-ın ölkəyə idxal olunan bütün mallara rüsum tətbiq etməyə hələ hazır olmadığını söylədi.

 

Seçki kampaniyası zamanı Tramp 10% universal tarif vəd etdi və Çini 60% idxal vergisi ilə vuracağını söylədi.

 

O, tariflərin amerikalıları daha zəngin edəcəyini söylədi, baxmayaraq ki, tənqidçilər xərclərin istehlakçılara keçəcəyini deyirlər.

Prezident həmçinin xarici mənbələrdən bütün tarifləri, rüsumları və gəlirləri toplamaq üçün “Xarici Gəlir Xidməti” yaradacağını bildirib.

Digər analitiklər xəbərdarlıq ediblər ki, Trampın Ağ Evə qayıdışı bazarlarda gözlənilməzlik elementini yenidən gündəmə gətirəcək.

 

Mənbə: BBC News

Nərmin Həşimova