Tramp iqtisadi müharibədə ilk addımı atdı
Bölmə: Dünya › ,Tarix: 18:34 22.01.2025
ABŞ Prezidenti Donald Tramp, əvvəlki vəzifə dövründə bütün dünyanı bürüyən ticarət müharibələrinə dair ilk addımı atdı. Tramp, 1 fevraldan etibarən Çinə 10% gömrük vergisi tətbiq etməyi düşündüyünü bildirdi. O, həmçinin əlavə vergilərin Kanada və Meksikaya qarşı da tətbiq oluna biləcəyini vurğuladı.
ABŞ Prezidenti Donald Tramp, komandasının Çinə 10%-lik gömrük vergisi tətbiq edilməsini müzakirə etdiyini və bu verginin 1 fevral kimi erkən bir tarixdə qüvvəyə minə biləcəyini söylədi. Ağ Evdə jurnalistlərə danışan Prezident, “Meksika və Kanadanın fentanil göndərdikləri faktına əsasən Çinə 10%-lik gömrük vergisindən danışırıq”,- dedi və əlavə etdi: “Yəqin ki, 1 fevrala baxırıq.”
KANADA VƏ MEKSİKA DA ƏLAVƏ VERGİLƏRDƏN PAYINI ALACAQ
Tramp, komandasının Meksika və Kanadaya qarşı “təxminən 25%-lik” gömrük vergisindən bəhs etdiyini də qeyd etdi. Tramp, Cümə günü etdiyi açıqlamada Çin Prezidenti Si Cinpinlə fentanil və ticarət haqqında telefonla danışdığını bildirdi. Çinin verdiyi açıqlamada Si-nin əməkdaşlıq çağırışı etdiyi və iki ölkənin iqtisadi əlaqələrinin qarşılıqlı fayda gətirdiyini vurğuladığı ifadə edildi. ABŞ mərkəzli Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu 17 yanvarda dərc etdiyi bir hesabatda “ABŞ Çinə 10% əlavə gömrük vergisi tətbiq etsə və Çin də eyni şəkildə cavab versə, ikinci Tramp administrasiyasının dörd ili ərzində ABŞ-ın ÜDM-i 55 milyard dollar, Çinin isə 128 milyard dollar az olacaq”,-deyə bildirdi.
Mənbə: Haberler.com
Aygün Babayeva