Bursada küçə ortasında dəhşət
Bölmə: Hadisə › ,Tarix: 21:51 28.01.2025
Bursada bir nəfər küçədə qarşılaşdığı nişanlısı Aynur A. ilə bacısı Nuray A.-ya ov tüfəngi ilə atəş açıb. Bacı-qardaş kürək və ayaqlarına dəyən mərmilərdən yaralanıb. Polis hadisə yerindən avtomobilə minərək qaçan şübhəlini axtarır.
Hadisə Yıldırım rayonunun Mimarsinan məhəlləsində yerləşən Mermer Sokak küçəsində səhər saat 10:00 radələrində baş verib. Aynur A. və bacısı Nuray A. gecələdikləri dostlarının evindən öz evlərinə getmək üçün ayrılıb. Yolda gedərkən Aynur A.-nın avtomobillə hərəkət edən nişanlısı Tayfun S. ilə qarşılaşıblar. Aynur A. və Nuray A. qaçmağa çalışarkən Tayfun S. avtomobilindən enərək ov tüfəngi ilə atəş açıb. Aynur A. kürək və ayağından, bacısı Nuray A. isə ayağından yaralanıb. Şübhəli Tayfun S. avtomobilinə minib hadisə yerindən uzaqlaşıb.
Ətrafdakılar hadisə barədə polisə və təcili yardım xidmətinə məlumat veriblər. Yaralılar ilkin tibbi yardımdan sonra təcili yardım maşını ilə Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Polis, qaçan şübhəlini tutmaq üçün araşdırmalara başlayıb.
Mənbə: NTV
Ləman Ağayeva