Myanmada monastıra hücum: ölənlər var

Tarix: 17:50 11.07.2025
Myanmanın Sikayn bölgəsində monastıra hücumda dördü uşaq olmaqla azı 23 nəfər həlak olub.
"İnformator.az" xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
Hadisə səhər saatlarında baş verib: “Hücum Myanmanın hakim hərbi xuntası olan Dövlət İnzibati Şurasının hava qüvvələri tərəfindən həyata keçirilib. Monastır ordu ilə demokratiya tərəfdarı qüvvələr arasında döyüşlər nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 200-ə yaxın insana sığınacaq kimi xidmət edirdi. Həlak olan 23 nəfərdən əlavə monastır yaxınlığında yaşayan çox sayda adam ağır yaralanıb”.