Ronaldo Messi ilə rəqabətindən danışıb: ”Bir-birimizə motivasiya verirdik”

Tarix: 18:35 04.02.2025
Cristiano Ronaldo futbol tarixinin ən böyük simalarından biridir və Lionel Messi ilə birlikdə 15 ildən çox davam edən əfsanəvi rəqabətlə bir dövrü müəyyənləşdirib. Son müsahibəsində Cristiano Ronaldo argentinalı ulduzla uzun müddət davam edən rəqabəti haqqında açıq danışıb.
40 yaşında olmasına baxmayaraq, Cristiano Ronaldo hələ də əvvəlki kimi aktivdir və hazırda 15 qolla Səudiyyə Ərəbistanı Liqasının bombardiri olaraq parlamaya davam edir. Son müsahibəsində portuqaliyalı ulduz Lionel Messi ilə uzun illər davam edən rəqabəti barədə gözlənilməz fikirlər səsləndirib və bu, bir çox azarkeşin marağına səbəb olub.
Cristiano Ronaldo jurnalist dostu Edu Aguirre ilə maraqlı bir müsahibə verib və orada Lionel Messi ilə heç vaxt pis münasibətinin olmadığını qəti şəkildə bildirib: “Messi ilə heç vaxt pis münasibətim olmayıb. Əksinə, 15 il ərzində mükafat mərasimlərində eyni səhnəni bölüşmüşük və həmişə çox yaxşı yola getmişik, bilirsən? Hətta yadımda qalan bəzi anlar var ki, mən ona ingilis dilində deyilənləri tərcümə edirdim… O, mənə qarşı həmişə yaxşı davranıb. Aydındır ki, o, öz klubunu və mən də öz klubumu müdafiə edirdim, o, öz milli komandasını, mən də öz milli komandamı".
Cristiano Ronaldo və Lionel Messi arasındakı rəqabət uzun müddət yanlış fikirlər və gərgin münasibət iddiaları ilə kölgələnib. Lakin Ronaldo bu cür iddiaları tamamilə rədd edib və hətta mükafat mərasimlərində Messi üçün tərcümə etdiyini açıqlayaraq, aralarında heç bir düşmənçilik olmadığını vurğulayıb.
Mənbə: Bolavip
Aytac Mustafayeva