Elon Mask Vaşinqtonda iki həftəlik xaosa necə səbəb oldu

Tarix: 19:22 04.02.2025
Elon Mask və onun müttəfiqləri son iki həftəni bir neçə dövlət qurumuna tam sürətlə müdaxilə etməklə keçirərək çaşqınlıq və xaos yaratdı. Eyni zamanda seçilməmiş bir iş adamının bu cür səlahiyyətləri necə əldə edə biləcəyinə dair suallar doğurdu. Görünür ki, o, Konqresin yaratdığı qanunlar və proqramlara məhəl qoymadan hərəkət edir.
Son günlərdə Mask tərəfdarları Xəzinədarlıq Departamentinin ödəniş sisteminə tam giriş əldə edib. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini bağlamaqla hədələyib, bütün federal işçilərə bir növ "kompensasiya" planı təklif edib və bir neçə agentlikdə karyera məmurlarını kənarlaşdırıb – bəzi hallarda onları ofislərindən və ya kompüterlərindən uzaqlaşdırıb.
Ümumilikdə, Maskın hərəkətləri qanunlar və prosedurlara çox da əhəmiyyət vermədən icra hakimiyyətinin gücünü genişləndirmək üçün misli görünməmiş bir səydir – bu, Donald Trampın 2024-cü il seçki kampaniyası zamanı proqnozlaşdırdığı bir istiqamətdir. Dünyanın ən varlı adamı olan Maskın on milyardlarla dollarlıq dövlət müqavilələri və federal hökumətin daxili işlərinə çıxışı var.
“Onun son həftədə hökumət əməliyyatlarına göstərdiyi güc və nəzarəti göstərən başqa birini təsəvvür etməkdə çətinlik çəkirəm",- Vaşinqton Universitetinin dövlət etikası üzrə ixtisaslaşmış hüquq professoru Ketrin Klark bildirib.
Mənbə: CNN
Nuray Qurbanlı