Zelenski ABŞ-yə səfər edir!

Bölmə: Dünya › ,
Tarix: 21:50 26.02.2025

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü Ağ Evə gələcəyini və Ukrayna ilə nadir torpaq elementləri sazişini imzalayacaqlarını deyib.

 

ABŞ prezidenti Tramp Ağ Evdə dua ilə başlayan ilk kabinet iclasında gündəmlə bağlı qiymətləndirmələr edib.

Çıxışının əvvəlində Rusiya və Ukrayna ilə mühüm görüşləri olduğunu qeyd edən Tramp, “Prezident Zelenski cümə günü gələcək, bu, artıq yekunlaşıb və biz saziş imzalayacağıq, bu, çox böyük bir razılaşma olacaq”, -deyib.

 

Mənbə: a haber

Nərmin Həşimova