Ağ Ev: Ukrayna ilə nadir torpaq elementləri anlaşmasına çox yaxınıq

Tarix: 21:43 26.02.2025
Ağ Evin sözçüsü Karoline Leavitt, Ukrayna ilə nadir torpaq elementləri anlaşmasının imzalanmasına çox yaxın olduqlarını bildirib.
Sözçü, Ağ Evin girişində jurnalistlərə Ukrayna mövzusunda qısa açıqlama verib.
Leavitt, Ukrayna ilə nadir torpaq elementləri anlaşması barədə vəziyyətlə bağlı sualı cavablandırarkən, “Prezident Trampın da dediyi kimi, nadir elementlər anlaşması, şübhəsiz ki, çox önəmlidir. Bu anlaşmanı yekunlaşdırmaq üçün finiş xəttinə çox yaxınıq”, – deyə bildirib.
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini “anlaşmaya imza atmaq” və ya “səfər” üçün Ağ Evdə qarşılamağa hazır olduğunu bildirən Leavitt, son inkişaflara uyğun olaraq ictimaiyyəti məlumatlandıracaqlarını vurğulayıb.
Ukraynanın Baş naziri Denis Şmıhal isə bu mövzu ilə bağlı son açıqlamasında ABŞ ilə nadir torpaq elementlərinə investisiya qoyulmasını nəzərdə tutan anlaşmanın son layihəsinin hazırlandığını qeyd edərək, “Zəmanətlər olmadan heç bir anlaşmaya imza atmağı düşünmürük”, – deyə bildirib.
TRT XƏBƏR
Günel Verdiyeva