Panama ABŞ-nin pulsuz kanal keçidləri ilə bağlı iddialarını rədd edir
Bölmə: Dünya › ,Tarix: 17:11 06.02.2025
Ağ Evin belə bir addımla razılaşdığını iddia etməsindən sonra Panama ABŞ hökumət gəmilərinin Panama kanalından pulsuz tranzit keçməsinə icazə verən dəyişiklikləri rədd etdi.
Şərhlərə cavab verən Panama Kanalı İdarəsi (ACP) "kanaldan tranzit keçmək üçün rüsumlar və digər ödənişləri təyin etmək səlahiyyətinə malik olduğunu" söylədi və "onlara heç bir düzəliş etmədiyini" əlavə etdi.
ABŞ prezidenti Donald Tramp dəfələrlə qlobal ticarətin açarı olan su yoluna nəzarəti geri almaq istəyini dilə gətirib.
ABŞ gəmiləri kanalda nəqliyyatın əhəmiyyətli bir hissəsini təşkil edir. Kanalın səlahiyyətlilərinə görə, 2024-cü ildə su yolu ilə tranzitlərin 52%-nin ABŞ-də mənşə və ya təyinat limanları var idi.
Prezident Tramp inauqurasiya nitqində kanalı “geri almağı” planlaşdırdığını bildirib, Çinin onu idarə etdiyini və Panama tərəfinin neytral qalmaq vədini “sındırdığını” iddia edib.
Tramp bu yaxınlarda öz iddiasını təkrarladı. Bu həftənin əvvəlində vəziyyətdən "məmnun olmadığını" söyləməsinə baxmayaraq, o, Panamanın "müəyyən şeylərlə razılaşdığını" etiraf etdi. Mulino bildirib ki, ölkəsi Çinin infrastruktur quruculuğu proqramı olan “Kəmər və Yol Təşəbbüsü”ndə üzvlüyünü davam etdirməyəcək.
Mənbə: BBC News
Nərmin Həşimova