Michy Batshuayi "Frankfurt"da ilk sözləri!
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/8619952_0.jpg)
Tarix: 16:25 07.02.2025
“Galatasaray”dan Almaniya Bundesliga klubu “Eintracht Frankfurt”a transfer olan Belçikalı hücumçu Michy Batshuayi açıqlamalar verdi. O, niyə tez-tez komanda dəyişdiyinə də toxundu.
Transferində, “Frankfurt”un Belçikalı mərkəz müdafiəçisi Arthur Theatenin mühüm rol oynadığını vurğulayan Batshuayi, “Belçikadan dostum Arthur Theateye təşəkkür borcluyam, çünki bu transferdə böyük rol oynadı. Transfer tamamlanmadan əvvəl klub və burada işlərin necə getdiyi haqqında danışdıq. Görünür, baş məşqçi Dino Toppmöller mənim haqqımda daha çox məlumat verib, çünki mənim haqqımda bəzi suallar varmış” dedi.
Ona yönəldilən “Son illərdə niyə bu qədər çox klub dəyişdin?” sualına isə, “Oynadığım hər klubda uğurlu oldum. Təəssüf ki, niyə bu qədər çox klub dəyişdiyimi bilmirəm. Bunun səbəbini baş məşqçilərimdən soruşmalısınız. Həmişə müsbət olmağa, peşəkar olmağa və yaxşı bir təəssürat buraxmağa çalışdım" cavabını verdi.
“Frankfurt” formasını geyinməyi səbirsizliklə gözlədiyini bildirən Batshuayi, “Frankfurt"da olduğum üçün çox məmnunam və baş məşqçinin etibarını dərhal hiss edirəm. "Frankfurt" böyük bir klubdur, buna görə buraya gəlib oynamaq çətin bir qərar deyildi. Komanda üçün əhəmiyyətli olmaq, qol vurmaq, assist etmək və mümkün qədər çox oyun qazanmaq istəyirəm. Əgər Çempionlar Liqasına qatılmağa haqq qazansaq, bu bizim üçün yaxşı bir mövsüm olacaq” sözlərini dedi.
Mənbə:Milliyət
Fatimə Abdulrəhimli