Raketlər Türkiyəyə doğru yola çıxdı, Afina həyəcan siqnalı verdi.

Bölmə: Dünya › ,
Tarix: 16:27 07.02.2025

Türkiyənin 40 ədəd Eurofighter Typhoon qırıcı təyyarəsi alması ilə bağlı detallar İsrail mətbuatında yer alıb. Xəbərdə bildirilib ki, qırıcı təyyarələrlə yanaşı Meteor hava raketləri də inteqrasiya olunmuş şəkildə Ankaraya satılacaq. Bu inkişaf Afinada böyük narahatlığa səbəb olub.

 

BERLİN HÖKUMƏTİ SATIŞI TƏSDİQ EDƏCƏK

 

İsrail mətbuatında yer alan xəbərə görə, Berlin hökuməti Türkiyəyə qırıcı təyyarələrə inteqrasiya olunmuş raketlərin satışını təsdiq edəcək. "Türkiye Gazetesi"nin məlumatına görə, "Türkiyəyə Meteor hava raketlərinin satışının təsdiq edilməsi gözlənilir. Bu inkişaf etmiş silahların təsdiq edilməsi eyni zamanda Ankaraya Eurofighter Typhoon qırıcılarının da yaxın zamanda satılacağına işarə edə bilər" ifadələri yer alıb.

 

AFİNADA NARAHATLIQ YARADIB

 

Raket satışının Afinada böyük narahatlıq yaratdığını qeyd edən xəbərdə bildirilib ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias, baş nazir Kiriakos Miçotakis və xarici işlər naziri Yorgos Gerapetritis, Fransa səfiri Loran Avadı toplantıya çağırıblar. Dendias, "Türkiyəyə Meteor raketlərinin mümkün satışı ilə bağlı rəsmi məlumat tələb edib" ifadələrini işlədib.

 

Mənbə: Haberler

Aygün Babayeva