Kollec məzunları niyə iş tapa bilmir?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/9125126_.jpeg)
Tarix: 17:25 07.02.2025
Kollec məzunlarının iş tapmaqda qarşılaşdığı çətinliklər, son illərdə daha da artıb. Gənc məzunlar arasında işsizlik səviyyəsi yüksəlməkdədir. İqtisadi çətinliklər, təcrübə və ixtisaslaşmış bacarıqların əskikliyi, iş bazarının tələblərinə uyğun təhsil almamış məzunlar üçün böyük maneədir. Bir çoxu təhsil müddətində real iş təcrübəsi qazanmadığı üçün işə başlamaqda çətinliklərlə üzləşir. Həmçinin, iş axtarma bacarıqlarının zəifliyi də bu problemi dərinləşdirir. Bu vəziyyət, gənclərin iş həyatına addım atarkən üzləşdikləri ən böyük maneələrdən biridir.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında təhsil üzrə ekspert Qoşqar Məhərrəmov bildirib ki, artıq universtet məzunlarının belə iş tapmaqda çətinlik çəkdiyi bir dövürdə kollec bitirən gənclərin iş tapmaqda çətinlik çəkməsi gözləniləndir:
”Kollec bitirən gənclər ehtimal ki, orta balla universtetə qəbul ola bilməyiblər, kollecə gediblər. Biz isə illərdən bəri universtetlərin təhsilini belə tam arzulandığı kimi yüksək keyfiyyətə gətirə bilməmişik, əlbəttə, kolleclər bundan daha aşağı səviyyədədir. Kollec səriştələriylə məzun olan insan kollecdə öyrəndiklərini bazarın tələbinə uyğun hala gətirməyi çox az, aşağı ehtimaldır. Bu çətinlikləri azaltmaq üçün kollecdə alınan təhsil birbaşa praktik olmalı, təhsil alan tələbələrə səriştə qazandırmalıdır. Nəzəri bilikdən daha çox texniki peşə qazandırmalıdır”.
Əsmər Bəşirova