İş saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığını azaldacaq?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/3579191_.jpeg)
Tarix: 21:48 11.02.2025
Böyük şəhərlərdə nəqliyyat sıxlığı günün müəyyən saatlarında daha da artır və bu, həm sürücülər, həm də ictimai nəqliyyatdan istifadə edənlər üçün ciddi çətinliklər yaradır. Mütəxəssislər hesab edirlər ki, iş vaxtlarının dəyişdirilməsi bu problemi qismən həll edə bilər.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, iş vaxtlarının dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilir:
“Təkliflərin əsas mahiyəti ondan ibarətdir ki, dünya təcrübəsindən faydalanmaq və birmənalı olaraq hərəkətin təşkilinin daha perespektivli həllərə nail olmaq,daha rahat və komfortlu bir nəqiliyyat infrastrukturunu qurmaqdır. Bunlar hamısı başlıca meyarlardır və bu meyarların digər üstünlüyü ondan ibarətdir ki, bugünkü gündə insanların iş və fəaliyyət prinsiplərini nə dərəcədə mənimsəyə bilər, onların hərəkət qrafiklərini, onların konseptual həll mexanizimlərini və bu kimi yolları biz araşdıra bilərik”.
Mehriban Nəsibova