“Fenerbahçe”–“Galatasaray” Derbisi-Türkiyə Futbolunda Əzəli Rəqabət

Bölmə: İdman › ,
Tarix: 19:06 24.02.2025

Bu gün, 24 fevral 2025-ci il, Türkiyə futbolunun ən böyük rəqabətlərindən biri – “Fenerbahçe” və “Galatasaray” derbisi baş tutacaq. Süper Liqanın bu mövsümündə çempionluq mübarizəsi olduqca gərgin keçdiyi üçün bu qarşılaşma hər iki komanda üçün həlledici əhəmiyyət daşıyır. Hazırda hər iki komanda liqada zirvə uğrunda mübarizə aparır və bu oyunun nəticəsi çempionluq yarışına ciddi təsir edə bilər.

 

Mövzu ilə bağlı idman eksperti Elçin Cəfərov ”İnformator.az”a açıqlamasında bildirib ki, mən qarşılıqlı qolların və hakim səhvlərinin yadda qalmayacağı bir qarşılaşma izləyəcəyimizi düşünürəm:

 

"Bu gün bütün diqqətlər İstanbulda keçiriləcək “Galatasaray” və “Fenerbahçe” derbisində olacaq. Əslində bu gün qarşılaşma keçirilsə də artıq son iki aydır bu derbi ətrafında söz-söhbətlər tükənmək bilmir. Bəs əsas məsələ nədir?

Derbini əcnəbi hakimlərin idarə etməsi və son iki ayda Türkiyə futbolunda cərəyan edən proseslər, hakimliklə bağlı şikayətlər və s. bütün bunlar əslində derbinin əcnəbi hakimin idarə edəcəyinə işarə idi. Bu da öz təsdiqini xüsusi ssenari əsasında quraşdırılan “Galatasaray” – “Adana Demirspor” matçında tapdı. Həmin oyunda Adana Demirspor futbolçularının meydanı tərk etməsi də bu istiqamətdə bir işarə idi.

Vincic çox önəmli hakimdir. Son dövrlərdə Avrokuboklarda uğurlu idarəçiliklə yadda qalıb. Mən elə düşünürəm ki, əcnəbi hakimin idarə etməsi daha yaxşıdır. Artıq hər iki klub müxtəlif bəhanələr səsləndirməz.

Oyuna gəldikdə isə Fenerbahçenin Mourinhonun Fenerbahçesində son 1 ayda yüksəliş nəzərə çarpmaqdadır, çünki üçlü müdafiəni davamlı şəkildə israr eləyən və son bir ayda bu sistemi komandaya aşılayan bir Mourinhodan bəhs edirik.

Toplu və topsuz oyundakı fəaliyyətləri xüsusilə xəttlərarası məsafəni eyni anda bərabər tutmağı, kompakt hücuma çıxıb kompakt müdafiə olunmaq taktikası Fenerbahçenin son 1 ayda oyununda çox dəyişikliklərlə yadda qalır.

Məhz bu amil çox önəmlidir. Amma nəzərə alaq ki, "Fenerbahçe” bu qarşılaşmada əgər məğlub olarsa 9 xallıq fərq ,“Fenerbahçe” adına artıq çempionat başa çatdı deyə bilərik .Bütün diqqətləri Avrokuboklara yönəldə bilər. Amma qalib gələcəyi təqdirdə isə çempionat yenidən başlayar və bütün psixoloji üstünlük də “Fenerbahçe” tərəfinə keçər.

”Galatasaray” isə Okan Burukun israrla üzərində dayandığı üçlü müdafiə sistemindən vaz keçib bu gün dördlü müdafiə ilə oyuna çıxarsa və bu baxımdan mövqe sığortalarında xüsusilə müdafiə olunmada ciddi problemlərin olduğu bir komandada dördlü müdafiənin labüd olduğunu biz xüsusilə Super Liqada “Rizespor” və səfər matçında şahidi olduq. Həmin bu dördlü müdafiə oynadığı təqdirdə Abdülkerim Bardakcı və Davinson Sanchez (tandeminində) çox rahat olduğunun şahidi oluruq və xüsusilə yarımmüdafiədən dönən topların qazanılmasında, hücumların təşkilində və hücumlara qoşulmada müdafiəçiləri də çox rahat şəkildə olduğu nəzərə çarpır. Yəni bu amilləri nəzərə aldıqda ”Fenerbahçe” risk etməyəcək, topu rəqibə verib ilk dəqiqələrdən topsuz oyuna üstünlük verə bilər.

”Galatasaray” isə o azarkeş basqısı ilə, o təzyiqi ilə oyuna sürətli başlamaq məcburiyyətindədir. Mən düşünürəm ki, "Fenerbaçe” adına Edin Dzeko, En- Nesyri (tandemi) çox önəmlidir. Təbii ki, müdafiənin mərkəzində da yarımmüdafiəçi də əslində son 3 qarşılaşmalarda üçlü müdafiənin mərkəzində oynayan Amrabatın topu oyuna daxil etməsi də çox vacib olacaq.

 “Galatasaray”da isə təbii ki, bütün diqqətlər Osimhendə olacaq. Oshimen həm toplu, həm topsuz oyunlarda fəaliyyətin mərkəzə doğru çəkilərək cinahlara çox önəmli boş zonalar yaratmağı, eyni zamanda cərimə meydançası içərisində rəqib stoperlərin oyunun təşkilində mərkəzə doğru çıxması problemlər yaradır. Məhz bu amil “Galatasaray”ın oyun planında Oshimenin çox vacib olduğunu qeyd edə bilərik və bu anda da biz xüsusilə yeni transferlərdən Lemina və Frankovskinin hansı formada bu derbinin xüsusilə Frankovskinin çox keyfiyyətli oyunçu olduğunun şahidi olduq. Amma bu derbidə hansı formada təsir göstərəcək komandası adına bu çox önəmlidir. Mən qarşılıqlı qolların və hakim səhvlərinin yadda qalmayacağı bir qarşılaşma izləyəcəyimizi düşünürəm. Məncə bu hakimin əcnəbi olması bir çox səhvlərə bu derbi ilə bərabər kənara atacaq.

 

Qeyd edək ki, oyun bu gün İstanbulda, Rams Park Stadionunda Türkiyə saatı ilə 20:00-da, yerli saatla isə 21:00-da baş tutacaq.

 

Aytac Mustafayeva