"Köln" azarkeşlərinin bıçaqlı xoreoqrafiyasına reaksiyalar artır

Tarix: 22:34 25.02.2025
Almaniyada “Ren derbisi” kimi tanınan və 2. Bundesliga komandalarından "Köln" ilə "Fortuna Düsseldorf" arasında keçirilən qarşılaşmada "Köln" azarkeşlərinin hazırladığı bıçaqlı xoreoqrafiya bəzi siyasətçilərin sərt tənqidinə səbəb olub.
23 fevral bazar günü "FC Köln" və "Fortuna Düsseldorf" komandaları arasında baş tutan və 1:1 hesabı ilə nəticələnən oyunda ev sahibi azarkeşlərin asdığı nəhəng pankartda, qalstukunda FC Köln loqosu olan bir kişinin "şans ilahəsi" kimi təsvir olunan Fortuna-nın boğazına böyük bir bıçaq dayadığı görünür. Pankartda "Xoşbəxtlik tanrıların hədiyyəsi deyil" mesajı yer alıb.
Şimali Ren-Vestfaliya (KRV) əyalətinin Daxili İşlər naziri Herbert Reul yerli mətbuata verdiyi açıqlamada, "Küçələrdə hər gün bıçaqlı zorakılığa qarşı mübarizə aparırıq, amma stadionlarda belə bir görüntü provokasiya üçün istifadə olunur", – deyə bildirib.
2015-ci ildə seçki kampaniyası zamanı bıçaqlı hücuma məruz qalan Köln Böyükşəhər Bələdiyyə Başçısı Henriette Reker də xoreoqrafiyanı təəccüblə qarşıladığını vurğulayaraq azarkeşləri tənqid edib. Köln klubundan verilən açıqlamada isə azarkeşlərin hazırladığı xoreoqrafiya müdafiə edilərək bunun sadəcə iki komanda arasındakı rəqabəti simvolizə etdiyi bildirilib.
Mənbə: NTV spor
Nərgiz Orucova