Prezident Ərdoğandan Xocalı Soyqırımı ilə bağlı paylaşım

Tarix: 18:06 26.02.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı mesajında “Yaxşıda da, pis gündə də birlik olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm” deyib. Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar müraciət yayıb.
Prezident Ərdoğan mesajında “Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə şəhid olmuş azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm” deyib.
“Yaxşıda da, pisdə də birləşdiyimiz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”.
Mənbə:TRT Haber
Aysel Mirzəyeva