Dünya nəhəngi, Arda Güler üçün sərvət ödəyəcək!

Bölmə: İdman › ,
Tarix: 20:45 26.02.2025

“Real Madrid”-də oynamaqda çətinlik çəkən Türkiyəli milli ulduz Arda Güler ilə bağlı İspan mətbuatına bir iddia düşüb. 

 

Əsas hədəfi Florian Wirtz olan Alman klubu, oyunçunun “Manchester City”-yə daha yaxın olmasından dolayı istiqamətini Arda’ya çevirdiyi bildirilib.

Bavariya klubu, “Real Madrid”forması ilə bu mövsüm yalnız 967 dəqiqə sahədə qala bilən və Ancelotti vasitəsilə ikinci planda saxlanılan 20 yaşlı istedadlı oyunçuya daha çox məsuliyyət verə biləcəyi bir layihə təqdim edərək bu fürsətdən faydalanmaq istəyir.

“Real Madrid”’in oyunçunun ayrılığına tamamilə qapını bağlamadığı və 50 milyon avronu yaxşı bir qiymət olaraq qiymətləndirə biləcəyi bildirilir.


Əgər transfer 50 milyon avro qarşılığında reallaşarsa, “Fenerbahçe”nin kasasına %20 pay razılaşması səbəbindən 10 milyon avro daxil olacaq.

 

Mənbə:beinsports
Aytac Mustafayeva