Drogba və Essien-dən Mourinhoya dəstək

Tarix: 21:07 26.02.2025
Didier Drogba və Michael Essien, Fenerbahçenin baş məşqçisi Jose Mourinho ilə bağlı paylaşım edib.
Drogba açıqlamasında bu ifadələrə yer verdi:
“Sarı-qırmızı formanı geyinməyin mənim üçün nə qədər qürurverici olduğunu və Türkiyənin ən çox kubok qazanan klubuna olan sevgimi bilirsiniz. Rəqabətlərin nə qədər gərgin ola biləcəyini hamımız bilirik və mən bunu yaşamaq şansı qazandım. Son zamanlarda Jose Mourinho haqqında deyilən şərhləri gördüm. Mənə inanın, Jose-ni illərdir tanıyıram və o, irqçi deyil. Gəlin matçlarımıza fokuslanıb aslanlarımızı dəstəkləyək və liqanı qazanaraq 5-ci ulduzumuzu taxaq. “Atam” necə irqçi ola bilər?”
Mourinho, “Galatasaray”derbisindən sonra nə deyib?
“Galatasaray” derbisində Yusuf Akçiçək-in təsir edici performans göstərdiyini vurğulayan Mourinho sözlərini belə tamamlayıb:
“Ona performansına görə təşəkkür etməliyəm. Yaxşı oynamasaydı, məni bitirərdiniz. 18 yaşlı bir futbolçunu belə bir oyunda meydana buraxanda nə baş verəcəyini bilirəm. Yusuf qüsursuz deyil, amma olacaq. Hazırda onu Varane ilə müqayisə edə bilmərəm, çünki Varane çox şey qazanıb. Onu bu yaşda Çempionlar Liqasında oynatmışdım. Hakimə təşəkkür etməliyəm, çünki danışdığım epizodda digər texniki zonada hamı meymun kimi tullanırdı. Yusuf üst səviyyə bir oyunçudur. Montella-nın əlində çox yaxşı oyunçular var, amma əminəm ki, o da performansından çox məmnundur.”
Mənbə:TRT Spor
Aytac Mustafayeva