Tramp Rusiyanı hədələyib

Bölmə: Dünya › ,
Tarix: 13:31 15.07.2025

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya hədəsi və Yaxın Şərqdəki gərginliklər investorların yenidən etibarlı liman sayılan qızıla üz tutmasına səbəb olub. Spot qızılın qiyməti 3.360 dollara, qram qızıl isə Qapalıçarşıda 4.353 manata yüksəlib. Bu artımdan sonra çeyrek qızıl 7 min 90 manata, Cumhuriyyət qızılı isə 28 min 270 manata satılıb.

 

Qızılın qram qiyməti yeni günə də artımla başlayıb və saat 10:00-a olan məlumata əsasən əvvəlki bağlanışla müqayisədə 0,6 faiz artaraq 4 min 344 manat səviyyəsindədir. Çeyrek qızıl 7 min 90 manata, Cumhuriyyət qızılı isə 28 min 270 manata təklif olunub. Qızılın uns qiyməti də yeni gündə 0,5 faiz artımla 3 min 359 dollardan ticarət olunub.

 

ABŞ-nin tarif gərginlikləri etibarlı liman hesab edilən aktivlərə olan tələbi artırarkən, investorların diqqəti ABŞ Mərkəzi Bankının (Fed) faiz qərarına dair ipucları verə biləcək ABŞ inflyasiya göstəricilərinə yönəlib.

 

Avropa Birliyi (AB) ABŞ-ni ticarət sazişi cəhdlərinə müqavimət göstərməkdə ittiham edərək, razılıq əldə olunmaması halında qarşı tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib. ABŞ Prezidenti Donald Tramp isə AB və digər ticarət tərəfdaşları ilə danışıqlara açıq olduğunu bildirib.

 

Digər tərəfdən, Tramp Fed sədri Cerom Pauella qarşı tənqidlərini təkrarlayaraq, faiz dərəcələrinin 1 faiz və ya daha aşağı səviyyəyə endirilməli olduğunu bildirib.

 

Haberler.com

Aygün Babayeva