Anderson Talisca: Özümü çox yaxşı hiss edirəm!

Tarix: 20:03 27.02.2025
Türkiyə Kubokunda “Gaziantep FK”nı 4-1 hesabı ilə məğlub edərək 1/4 finala yüksələn “Fenerbahçe”nin futbolçusu Anderson Talisca açıqlamalar verib.
“Qazandığımız nəticəyə görə xoşbəxtik. “Fenerbahçe”yə adaptasiyam çox yaxşı keçdi. Məşqçilərim və komanda yoldaşlarım mənə dəstək oldular. Məşqlərdə ən yaxşısını etməyə çalışıram. Komandama kömək üçün hazıram. Bu keçən müddətdən sonra yaxşı çıxış etməyə başladım. Komanda yoldaşlarım da çox yaxşı çalışır. Hər kəs əlindən gələnin ən yaxşısını edir. Klubdakı hər kəs mənə kömək edir. Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Qarşıdakı matçlarda komandama çox yaxşı kömək edəcəyəm".
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli