“Fenerbahçe” dörddəbir finala yüksəldi!

Bölmə: İdman › ,
Tarix: 21:39 27.02.2025

Ziraat Türkiyə Kuboku B Qrupunun üçüncü həftəsində “Fenerbahçe” səfərdə “Gaziantep FK”nı 4:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəldi.

 

“Fenerbahçe”yə qələbə gətirən qolları 17-ci və 27-ci dəqiqələrdə Talisca, 23-cü dəqiqədə En-Nesyri və 83-cü dəqiqədə Kostic vurdu. “Gaziantep FK”nin yeganə qolunu isə 75-ci dəqiqədə Husic qeyd etdi.

 

“Sarı-lacivərdlilər” bu qələbə ilə üç oyundan üç qələbə qazanaraq qrup mərhələsini 9 xalla lider kimi tamamladı. “Gaziantep FK” isə 3 xalda qalaraq turnirlə vidalaşdı.

 

Qrupdakı digər qarşılaşmalarda “Uğur Okulları İstanbulspor” səfərdə “Erzurumspor”u 3:0 hesabı ilə məğlub etdi, “Göztepe” isə “Kasımpaşa”ya 5:0 hesabı ilə qalib gəldi. 9 xal toplayan “Göztepe” top fərqinə görə “Fenerbahçe”nin ardından ikinci yeri tutaraq dörddəbir finala yüksəldi.

 

Mənbə: beinsports

Aytac Mustafayeva