İlkay Gündoğanın “Galatasaray”a transferi üçün icazə verildi!

Bölmə: İdman › ,
Tarix: 21:43 27.02.2025

“Talk SPORT”un məlumatına görə, “Galatasaray” uzun müddətdir heyətinə qatmaq istədiyi İlkay Gündoğanı transfer etməyə hazırlaşır.

 

 

Xəbərin təfərrüatında, “Manchester City”nin, əgər İlkay Gündoğan “Galatasaray”a getmək istəsə, müqaviləsindəki opsiyanı istifadə etməyəcəyi və oyunçunun sarı-qırmızılı komandaya transferinə icazə verəcəyi qeyd olunur.

 

 

İlkay Gündoğan bu mövsüm “Manchester City” formasıyla çıxdığı 24 liqa oyununda 2 asist edib.

 

Mənbə: beinsports

Aytac Mustafayeva