A Milli Komanda ABŞ-da 2 hazırlıq oyunu keçirəcək!

Bölmə: İdman › ,
Tarix: 23:37 10.03.2025

2026 FIFA Dünya Kuboku seçmə mərhələlərinə hazırlaşan Türkiyə millisi ABŞ-da iki hazırlıq matçı keçirəcək.

 

Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, bu ilin payızında başlayacaq 2026 FIFA Dünya Kuboku seçmə mərhələlərinə hazırlıq çərçivəsində ay-ulduzlular 7 iyun şənbə günü 2026 Dünya Kubokuna ev sahibliyi edəcək ABŞ, 10 iyun çərşənbə axşamı isə Meksika ilə qarşılaşacaq.

 

ABŞ-la oyun Connecticut ştatının East Hartford şəhərində yerləşən Pratt & Whitney Stadionunda start götürəcək. Ay-ulduzlular daha əvvəl ABŞ ilə biri rəsmi, üçü yoldaşlıq oyunu olmaqla dörd dəfə qarşılaşıb. Bu matçlarda 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət alan A Milli Komanda, rəqibi ilə sonuncu dəfə 1 iyun 2014-cü ildə yoldaşlıq görüşündə üz-üzə gəlib.

 

FIFA reytinqində 16-cı pillədə qərarlaşan ABŞ millisi, 1990-cı ildən bəri bir istisna olmaqla bütün Dünya Kuboku finallarında iştirak edib və bu il 14 iyun - 6 iyul tarixlərində keçiriləcək 2025 CONCACAF Qızıl Kubokunda mübarizə aparacaq.

 

A Milli Komanda, ABŞ kampındakı ikinci yoldaşlıq matçını isə Kuzey Karolina ştatının Chapel Hill şəhərində Meksikaya qarşı keçirəcək.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli