Kayserisporda Gökhan Sazdağı “Galatasaray”ı təsdiqlədi!

Tarix: 23:38 10.03.2025
“Kayserispor”un əsas oyunçularından biri olan Gökhan Sazdağı həm komandanın son durumu, həm də transferlə bağlı açıqlamalar verib.
“Komandamız son həftələrdə yüksəlişə keçdi və toparlandı. Jakirovic müəllimlə birlikdə yaxşı nəticələr əldə etdik. O, bizə həm meydanda, həm də meydandan kənarda çox şey qatdı. Başçımız Nurettin bəy (Açıkalın) Jakirovic müəllimdən 2 həftə əvvəl gəldi. Amma əslində Nurettin bəy daim bizimlə idi, sadəcə vəzifəsi fərqli idi. Jakirovic müəllim və idman direktorumuz Muhammed Türkmen gələndən sonra komandadakı atmosfer tamamilə dəyişdi. “Kayserispor” olaraq toparlandıq və daha da yaxşı olacağıq. Anadolu komandalarının “Galatasaray” və “Fenerbahçe” səfərində qalib gəlmə ehtimalı 5%-dir və bu ehtimal çox aşağıdır. “Galatasaray” və “Fenerbahçe” oyunlarının İstanbulda olması bizim üçün üstünlükdür, çünki daxili arenada birbaşa rəqiblərimizlə qarşılaşacağıq".
““Galatasaray”dan təklif almısan?” sualına isə Sazdağı belə cavab verib: ““Galatasaray” həm mövsüm öncəsi, həm də yanvar ayında mənimlə maraqlandı. “Galatasaray”dan zəng edənlər oldu. Ancaq rəhbərliklə danışdığımda transfer qadağamız olduğu üçün komandada qalmamı istədilər. Mən də komandada qaldım. 4 mövsümdür ki, “Kayserispor”dayam. Məni mən edən klub “Kayserispor”dur. “Kayserispor”la müqaviləm 2026-cı ilin iyununda başa çatır. Ayrılıq olacaqsa da, bu, klubumun maraqları çərçivəsində olar".
2021-ci ildən bu yana “Kayserispor” formasını geyinən Gökhan Sazdağı bu mövsüm Süper Liqada 22 oyuna çıxıb.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli