Real Madrid yeni baş məşqçisi ilə görüşmələrə başladı

Tarix: 22:48 11.03.2025
Real Madrid yeni baş məşqçisi ilə görüşmələrə başladı
İspaniya mətbuatının məlumatına görə, “Real Madrid”Prezidenti Florentino Perez, hazırda “Bayer Leverkusen”-i çalışdıran Xabi Alonso ilə görüşlərə başlayıb.
Xabi Alonso, futbolçu karyerasında uzun illər “Real Madrid”-də çıxış etmiş və klubun mədəniyyətinə yaxından bələddir. Son illərdəki uğurlu məşqçilik fəaliyyəti və klubla olan yaxın əlaqələri onu bu vəzifə üçün sevimli namizədə çevirir.
Görüşmələr davam edir və mövsümün necə tamamlanacağı, həmçinin hazırkı baş məşqçi Carlo Ancelotti-nin qərarı nəzərə alınaraq yekun qərar veriləcək.
Xabi Alonso, 2023/24 mövsümündə “Bayer Leverkusen”-i məğlubiyyətsiz çempion etmiş və komanda ilə çıxdığı 129 qarşılaşmada orta hesabla 2.19 xal əldə etmişdir.
Mənbə:beinsports
Aytac Mustafayeva