Yusuf Dikeç Avropada medal kürsüsünü tərk etmədi

Tarix: 22:53 11.03.2025
Yusuf Dikeç, Macarıstanın Györ şəhərində keçirilən 10 metr məsafədən pnevmatik silahla atəş açma üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Dikeç, kişilər arasında keçirilən 10 metr məsafədən pnevmatik tapança kateqoriyasında mübarizə apararaq 217,2 xal topladı və üçüncü yeri tutdu.
Beləliklə, təcrübəli idmançı beynəlxalq arenada uğurlarını davam etdirdi və Avropa çempionatında medal kürsüsündə yer almağı bacardı.
Mənbə:beinsports
Aytac Mustafayeva