“Galatasaray”a transferdə rəqib çıxdı!

Tarix: 20:37 13.03.2025
“Galatasaray”ın uzun müddətdir izlədiyi gənc oyunçuya sürpriz bir təklif gəldiyi iddia edilib.
“Galatasaray”ın “Schalke” forması geyən Taylan Bulutla maraqlandığı bildirilir. Sarı-qırmızıların maraq göstərdiyi Taylan Buluta “RB Salzburg”un da təklif etdiyi qeyd olunub. 19 yaşındakı sağ bek üçün “RB Salzburg”un hərəkətə keçdiyi və klubun Taylan Bulutla və “Schalke” ilə əlaqə saxladığı vurğulanıb.
Taylan Bulut bu mövsümdə “Schalke”də 23 qarşılaşmada oynayıb. 19 yaşındakı sağ bek, bu matçlarda 1 qol atıb və 1 asist edib. Taylan Bulutun “Schalke” ilə olan müqaviləsi 30 iyun 2029-cu ildə sona çatacaq.
Mənbə: Milliyət
Fatimə Abdulrəhimli