UEFA qaydanı yenidən nəzərdən keçirəcək

Bölmə: İdman › ,
Tarix: 23:02 13.03.2025

UEFA, “Atletico Madrid” klubunun “Real Madrid” ilə matçda Alvareznin penalti zərbəsinin etibarsız sayılmasına səbəb olan qayda ilə bağlı müraciət etdiyini açıqlayıb.

 

Açıqlamada, argentinalı futbolçunun zərbəni yerinə yetirməzdən əvvəl minimal da olsa dəstək ayağı ilə topa toxunduğu bildirilib.

 

Mövcud qaydalara (Oyun Qaydaları, Qayda 14.1) əsasən, VAR hakimlərinin qolu ləğv etməsinin doğru qərar olduğu vurğulanıb.

 

Penalti zərbəsi zamanı baş verən bu cür istəmədən edilən cüt toxunuş halları ilə bağlı qaydanın yenidən nəzərdən keçirilib-keçirilməyəcəyini müəyyən etmək üçün UEFA-nın FIFA və IFAB ilə müzakirələrə başlayacağı bildirilib.

 

Alvarez, “Real Madrid” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletico Madrid”in ikinci penaltisini qola çevirib. Lakin VAR müdaxiləsi ilə onun topa dəstək ayağı ilə də toxunduğu müəyyən edilib və cüt vuruş etdiyi üçün qol ləğv olunub. Penaltilərdə rəqibini 4-2 hesabı ilə məğlub edən “Real Madrid” növbəti mərhələyə yüksəlib.

 

Mənbə: TRT Spor

Aytac Mustafayeva