“Fenerbahçe” ilə “Galatasaray” arasındakı derbinin tarixi bəlli oldu

Bölmə: İdman › ,
Tarix: 23:17 14.03.2025

Türkiyə Kubokunun dörddəbir final mərhələsində “Fenerbahçe” ilə “Galatasaray” arasında möhtəşəm derbi 2 aprel çərşənbə günü keçiriləcək.

 

Türkiyə Kubokunda dörddəbir final mərhələsində keçiriləcək “Fenerbahçe”-“Galatasaray” derbisinin günü bəlli oldu. 

DERBİ 2 APRELDƏ

 

Türkiyə Kubokunun dörddəbir final mərhələsindəki “Fenerbahçe”-“Galatasaray” derbisi 2 aprel çərşənbə günü saat 20:45-də keçiriləcək. Tək matçlı eleminasiya sisteminin tətbiq olunacağı bu böyük derbini “Fenerbahçe” ilə “Galatasaray” Ülker Stadionunda oynayacaq.

 

Türkiyə Kubokunun dörddəbir final proqramı:

 

1 Aprel, çərşənbə axşamı
20:30: “Konyaspor”-“İskenderunspor”

 

2 Aprel, çərşənbə
17:45: “Trabzonspor”-“Bodrum FK”


20:45: “Fenerbahçe”-“Galatasaray”

 

3 Aprel, cümə axşamı
20:30: Beşiktaş-Göztepe

 

Mənbə:NTV Spor
Aytac Mustafayeva