Sağlamlığınız üçün yuxuya üstünlük verin

Bölmə: Maraqlı › ,
Tarix: 14:14 15.03.2025

Prof. Dr. Asiye Kanbay, "Daha yaxşı yuxu vərdişləri əldə etməklə daha sağlam ola bilərsiniz. Yuxu pozğunluqlarının erkən və dəqiq diaqnozu və təsirli müalicə planının yaradılması mühüm addımdır",-dedi.



Yuxu vərdişlərini tənzimləmək üçün bəzi yolların olduğunu ifadə edən Prof. Dr. Asiye Kanbay, "Hər gün gec olmadan eyni saatda yatmağa və səhər tezdən oyanmağa diqqət etməklə yuxu keyfiyyətini artırmaq mümkündür. Yuxu mühiti üçün nə qədər qaranlıq, daha sakit və ideal temperatur olarsa, yuxu keyfiyyəti də o qədər artar",-dedi.

Xüsusilə yatmazdan əvvəl telefon, planşet və ya kompüter kimi elektron cihazların istifadəsinin azaldılmasının yuxuya da müsbət təsir edəcəyini qeyd edən Prof. Dr. Asiye Kanbay, "Sağlam bir yuxu üçün bu cihazların yaydığı mavi işıqdan qorunmaq vacibdir. Əks halda mavi işığa məruz qalmaq yuxu hormonu olan melatonin istehsalının qarşısını alır, yuxuya getməyi çətinləşdirir və yuxu keyfiyyətini aşağı salır",-dedi.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova