ABŞ Prezidenti Donald Trampdan lll Dünya Müharibəsi xəbərdarlığı

Tarix: 18:10 15.03.2025
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir-birinin ardınca bəyanatlar və təşəbbüslər səsləndirir. Tramp Ukraynanın atəşkəs rejimini qəbul etdiyini açıqlasa da, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə III Dünya Müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı “çox yaxşı danışıqlar apardıqlarını, Ukraynanın atəşkəsi qəbul etdiyini və Rusiyanı çətin də olsa , razı sala biləcəyini” , - bəyan edib. Ədliyyə Nazirliyinə səfəri zamanı çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunan Tramp: "Bu gün Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlarımız oldu. Yaxşı xəbər aldım. Ukrayna atəşkəsi qəbul etdi, çətin də olsa, Rusiyanı razı sala bilərik. Yaxşı cavablar alırıq" , - dedi.
Mənbə: a haber
Kəmalə Vəliyeva