Türkiyə İslamofobiyaya qarşı təşəbbüslərə dəstək mesajı verir

Tarix: 20:30 15.03.2025
Xarici İşlər Nazirliyi Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə paylaşım edib. Paylaşımda yazılıb:
"Türkiyə İslamofobiya ilə mübarizə təşəbbüslərini qətiyyətlə dəstəkləməyə davam edəcək".
Xarici İşlər Nazirliyi 15 Mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə yazılı açıqlama verib.
Açıqlamada 2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində törədilən dəhşətli terror aktının altıncı ildönümü olduğu xatırladılıb və “Hücumda həyatını itirən bir vətəndaşımız da daxil olmaqla 51 nəfərin xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik”,- deyilir.
Bəyanat verilib. Bəyanatda İslamofobiyanın təkcə müsəlman icmaları üçün deyil, həm də qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükə yaratdığı vurğulanıb və qeyd olunub:
“İslam dəyərlərinə qarşı davam edən hücumlar beynəlxalq ictimaiyyətin islamofobiya ilə mübarizədə daha çox səy göstərməli olduğunu ortaya qoyur. Türkiyə İslam düşmənçiliyi ilə mübarizəyə dair təşəbbüslərini dəstəkləməyə davam edəcək.
TRT XƏBƏR
Lalə Qafarova