Milan Şkrinyar: Məyusluq yaşayırıq..

Tarix: 21:59 17.03.2025
Milan Şkrinyar, "Fenerbahçe"nin "Samsunspor"la bərabərə qaldığı matçdan sonra fikirlərini bölüşüb.
TrendYol Super Liqasının 28-ci həftəsində "Samsunspor"la qolsuz bərabərə qalan "Fenerbahçe"də Milan Şkrinyar, qarşılaşmadan sonra yayımçı quruma açıqlamalar verib.
Oyunla bağlı fikirlərini bildirən Şkrinyar: "Birinci hissədə oyunun nəzarəti bizdə idi. Fərqli imkanlar da yaratdıq. İkinci hissədə də çox fürsət tapdıq, amma qol vura bilmədik. Qol vura bilməyəndə qalib gələ bilmirsən. Ümumilikdə rəqibə nisbətən çox yaxşı oynadıq",- dedi.
Aldıqları nəticəyə toxunan Şkrinyar: "Onlara heç imkan vermədik, amma bu nəticəyə görə məyusuq. Yolumuza davam edəcəyik",- ifadələrini işlətdi.
Mənbə: CNN News Türkçe
Nigar Həsənzadə