"Sivasspor"dan 3 futbolçu milli komandalarına dəvət aldı

Tarix: 22:04 17.03.2025
Trendyol Super Liqa komandalarından Net Global "Sivasspor"da 3 futbolçu ölkələrinin milli komandalarına dəvət alıb.
Qırmızı-ağ klubdan verilən açıqlamaya görə, hücumçu Rey Manaj Albaniya Milli Komandasına, sol cinah oyunçusu Garry Rodrigues Yaşıl Burun Adaları Milli Komandasına və yarımmüdafiəçi Samuel Moutoussamy isə Konqo Demokratik Respublikası Milli Komandasına çağırılıb.
"Sivasspor" Klubu, milli komandalarına dəvət alan futbolçularına uğurlar arzulayıb.
Mənbə: CNN News Türkçe
Nigar Həsənzadə