“Göztepe”nin qazanamama seriyası 7 maça çıxdı

Tarix: 22:18 17.03.2025
TrendYol Süper Lig-də oynadığı son 7 matçda 3 bərabərlik və 4 məğlubiyyət alan “Göztepe” , bu müddətdə qələbəyə həsrət qalıb.
Sezonun əvvəlində bir giriş edərək diqqətləri üzərinə çəkən “Göztepe” , son həftələrdə göstərdiyi performansla enişə keçib. İndiyə qədər oynadığı 26 qarşılaşmada 10 qələbə, 7 bərabərlik və 9 məğlubiyyət əldə edən sarı-qırmızılılar, yaşadığı itkilərin böyük hissəsini son 7 matçda yaşayıb. Bu dövrdə ardıcıl olaraq pis nəticələr əldə edən İzmir təmsilçisi, 3 bərabərlik və 4 məğlubiyyət alaraq həftələrdir qələbəyə həsrət qalıb. “Göztepe” bu qarşılaşmalarda “Fenerbahçe” , “Alanyaspor” , “Kayserispor” və “Sivasspor” la oynayıb. “Bodrum FK” , “Samsunspor” və “ Eyüpspor” la da bərabərə qalıb. Toplaya biləcəyi 21 xalın yalnız 3-nü əldə edən sarı-qırmızılılar, həftəni 37 xalla 7-ci sırada tamamlayıb.
Avropa hədəfindən sürətlə uzaqlaşan Stanimir Stoilov “Göztepe”- də, qarşılaşma sonrası etdiyi açıqlamada hazırda hədəflərinin qələbə qazanmaqda olduğunu bildirib.
Stoilov: "Əlbəttə, bu xal itkiləri zamanı Avropa hədəfinizdən istər-istəməz uzaqlaşırsınız. Bizim tezliklə yenidən qələbə qazanma yolunu tapmamız və qələbələrə çatmamız lazımdlr. Bu şəkildə yenidən hədəflərdən danışa bilərik" , - deyib.
Mənbə : CNN NEWS TÜRKÇE
Nigar Həsənzadə