İki nüvə dövləti:Pakistan-Hindistan xəttində gərginlik davam edir 

Bölmə: Dünya › ,
Tarix: 18:01 25.04.2025

 

Cammu və Kəşmirdəki son qanlı hücumda bir-birini günahlandıran Pakistan və Hindistan arasında uzun müddətdən sonra ilk silahlı toqquşma baş verib.

 

Bölgədə gərginlik davam edərkən hər iki ölkənin nüvə dövləti olması bütün dünyada narahatlıq doğurur. Cammu və Kəşmir tarixən həm ərazi məsələsi, həm də Hindistan və Pakistan arasında siyasi gərginlik mənbəyi olub. Bu bölgə hər iki ölkə üçün təkcə coğrafi deyil, həm də mənəvi və strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Hindistan 1947-ci ildə müstəqillik əldə etdikdən sonra iki ölkə arasında münasibətlərin gərginləşməsinin də əsas səbəbi regionun statusu olub. Bu gün dünyada nüvə silahına malik olan iki ölkə arasında bu torpaqlar ətrafında baş verən hər yeni münaqişə təkcə regional deyil, həm də qlobal miqyasda narahatlıq doğurur. Kəşmirdəki son qanlı hücum bu köhnə düşmənçiliklərin yenidən alovlanmasına səbəb oldu və iki nüvə dövlətinin bir-birinə qarşı reaksiyalarını bir daha ortaya qoyub.

 

TRT XƏBƏR

Asiman Vəliyeva