Romada görüşə bilərlər

Tarix: 22:35 25.04.2025
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Romada görüşünün mümkünlüyünü istisna etməyib.
“İnformator.az” xəbər verir ki, Trampın sözlərini “dpa” xəbər agentliyi yayıb.
ABŞ lideri bildirib ki, onların Roma Papası Fransiskin dəfn mərasimində baş tuta bilər.
Tramp Zelenski ilə Romada görüşüb müharibənin dayandırılması şərtlərini müzakirə etməyin mümkünlüyü ilə bağlı suala “Bu, mümkündür” cavabını verib.