Tramp Zelenskini sənədləri dərhal imzalamağa çağırıb

Tarix: 00:00 26.04.2025
"Ukrayna ilə ABŞ arasında resurslarla bağlı razılaşmanı təsbit edən sənədlər dərhal imzalanmalıdır".
İnformator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb:
"Ukrayna Zelenskinin rəhbərliyi altında ABŞ ilə nadir metallara dair çox mühüm sövdələşmə üzrə yekun sənədləri imzalamayıb. Ən azı üç həftə gecikmə var. Ümid edirəm ki, o, dərhal imzalanacaq", - deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında ümumi sülh sazişi üzərində iş rəvan gedir, uğur uzaqda deyil. D.Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffun aprelin 25-də Kremldə Rusiya Prezidenti Vladimi Putinlə yaxşı görüş keçirdiyini də diqqətə çatdırıb.