"Məğlub tərəf bilinir ki, Ukraynadır"-Politoloq

Tarix: 22:43 25.04.2025
ABŞ Prezidenti Donald Tramp Rusiyanın müharibəni dayandırmaq üçün güzəştlərə hazır olduğunu bildirib. O, Norveç Baş naziri Yonas Qar Stere ilə görüşdən sonra jurnalistlərə deyib ki, “bütün ölkəni ələ keçirməkdən imtina” Rusiyanın böyük güzəşti sayılır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı mövqeyi əslində ilk gündən bəlli idi. Hakimiyyətə gəldiyi ilk günlərdən bəri müharibəni bitirmək istəyir:
“Müharibənin bitməsi üçün tərəflərdən birinin güzəştə getməsi lazımdır. Aydındır ki, müharibədə üstün tərəf Rusiyadır. Ukraynaya istər iqtisadi, istərsə də hərbi yardımlara baxmayaraq rəsmi Kiyev Kremlin qarşısında bir üstünlük əldə edə bilmədi. Hazırda isə məğlub tərəf aydın olaraq bilinir ki, Ukraynadır. Buna görə də, ABŞ Rusiya ilə danışıqlar aparır. ABŞ əslində sülh istəmir. ABŞ müharibənin müəyyən bir vaxta qədər təxirə salınmasını istəyir. Buna görə də atəşkəs razılaşması lazımdır. Bu siyasət əslində çox yaxşıdır. Bu hal bizim ölkədə də ötən illərdə olub. Hesab edirəm ki, ABŞ-nin məqsədi də, gələcək prespektivdə Rusiyanın başına gələcək, yəni Putindən sonra hakimiyyətə gələcək şəxslə artiq bu məsələni aktuallaşdırmaqdır. İndiki məqamda isə atəşkəs razılaşması daha məqbul kimi görünür”.
Ayşən Səlimova