ABŞ prezidenti Trampdan son xəbər

Tarix: 21:06 25.04.2025
ABŞ prezidenti Donald Tramp Vatikana getməzdən əvvəl açıqlamalar verib. Si Cinping ilə görüşü ilə bağlı suala Tramp “Bunu şərh etmək istəmirəm”,- deyib. O, Kremldə Putin-Vitkoff görüşü ilə bağlı da dəyərləndirmələr aparıb.
ABŞ prezidenti Donald Tramp Papanın dəfn mərasimində iştirak etmək üçün Vatikana getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. “Time” jurnalına verdiyi açıqlamada Çin prezidenti Si Cinping ilə telefon danışığı ilə bağlı sualı cavablandıran Tramp, “Bunu şərh etmək istəmirəm, lakin onunla dəfələrlə danışmışam”,- deyib və Si ilə görüşünün təfərrüatları ilə bağlı “Lazımi olan məlumatları sizə lazım olan vaxtda verəcəm”,- deyib.
“Düşünürəm ki, tarif planlarımız çox yaxşı işləyir. Biz ölkəmizi çox varlı edəcəyik", - Tramp bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin ABŞ rəsmisi Steve Witkoff ilə görüşü ilə bağlı aşağıdakı açıqlamaları verib: "Hazırda Putinlə görüşümüz davam edir. Biz çoxlu yaxşı sövdələşmələr, o cümlədən tarif sövdələşmələri edirik. Biz ölkəmizi zəngin saxlamaq istəyirik və müharibələrdən uzaq olmaq istəyirik. Düşünürəm ki, hazırda müqavilələr bağlamaq üçün yaxşı vəziyyətdəyik".
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı