Azərbaycanla Çin Birgə Bəyanat İmzalayıb

Tarix: 21:26 25.04.2025
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” imzalanıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Çin arasında imzalanan bəyanat olduqca mühüm sənəddir. Nəzərə alsaq ki, son 33 ildə tərəflər arasında münasibətlər daim inkişaf edir və yüksək səviyyəyə qədər qalxır:
“Hazırda bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. İmzalanan bu bəyanatla münasibətlərin bir daha möhkəmlənməsi əzmində nümayiş etdirilib. Belə ki, bu sənəd ilə tərəflər bir-birini möhkəm şəkildə dəstəkləyirlər. Bundan əlavə olaraq, Çin Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini bəyan edir. Bu görüşdə tərəflər arasında münasibətlərin bundan sonra da, yüksək səviyyəyə qaldırılması ilə bağlı məqamlar var. Nəzərə alsaq ki, Çin hazırda dünyanın ikinci böyük gücü statusundadır və beynəlxalq siyasətdə önəmli bir faktordur. Eyni zamanda özünün həyata keçirtdiyi böyük layihələrdə də Azərbaycan onun böyük əməkdaşı cismində çıxış edir. Çini avropa ilə birləşdirən əsas dəhliz məhz orta Asiya, yəni Azərbaycandan keçəcək. Bu bəyanatla Azərbaycan etibarlı bir tərəfdaş statusunu aldı həm də, Çin kimi böyük bir dövlətlə əməkdaş oldu. Bu hal da gələcək dövrlər üçün mühim addımdır”.
Asiman Vəliyeva