Araz çayında suyun səviyyəsi 41 sm artdı

Bölmə: Hadisə › ,
Tarix: 10:25 26.04.2025

Bəzi çaylarda suyun səviyyəsi artıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.

 

Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.