Sumqayıtda qanunsuz tikili söküldü

Tarix: 10:29 26.04.2025
Fövqəladə Hallar Nazirliyi (FHN) dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC-nin qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.
Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.