ABŞ Yəmənə 6 hava zərbəsi endirib

Tarix: 15:08 25.04.2025
ABŞ hərbi döyüş təyyarələrinin Yəmənin Marib və Əmran əyalətlərini hədəf alan 6 hava hücumu təşkil etdiyi açıqlanıb.
Hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib. Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp Martın 15-də “Truth Social” platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “böyük hücum” təşkil etməyi tapşırdığını bildirib. Bildirilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.
Mənbə: TRT Haber
Zəhra Möhübbətova