"Rabitəbank"da yeni təyinat olub

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:59 28.01.2016

Aydın Hüseynov Rabitəbank-ın İdarə Heyətinə sədr müavini təyin edilib.

İnformator bankın saytına istinadən xəbər verir ki, bundan əvvəl A.Hüseynov Rabitəbank-da baş direktor vəzivəsində çalışıb.

Hazırda o, bankın İdarə Heyətinin sədri Elçin Həmidovun yeganə müavinidir.

Rabitəbank 1993-cü ildən fəaliyyət göstərir, 22 filiala malikdir.