Qəzza zolağında qıtlıq xəbərdarlığı

Bölmə: Dünya › ,
Tarix: 19:03 17.03.2025

İşğalçı İsrailin yardım və mal girişini təmin edən sərhəd qapılarını təxminən 2 həftə əvvəl bağlamasından sonra Qəzza zolağında “genişmiqyaslı bir qıtlığın” yaşandığı, əgər davam edərsə, sağlamlıq problemlərinin artacağı barədə xəbərdarlıq edilib. 

 

Müstəqil İnsan Haqları Komissiyasının məsul şəxsi Hazım Heniyeh, Qəzzada keçirdiyi mətbuat konfransında mühasirə altındakı bölgədə sərhəd qapılarının bağlı qalmasının ağırlaşan humanitar vəziyyətə təsirini vurğulayıb.

Heniyeh, sərhəd qapılarının bağlanmasının Qəzzada qida tədarükündə kritik bir azalmanın baş verməsinə səbəb olduğunu bildirib və bölgəyə yardım çatdırılmadığı üçün genişmiqyaslı qıtlıq təhlükəsinin yarandığını qeyd edib.

Qəzza zolağında fəaliyyət göstərən xəstəxanaların 80%-nin yanacaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən xidmət göstərə bilmədiyini də deyib.

 

Mənbə: TRT Haber
Zəhra Möhübbətova