"Hazırki vəziyyətimiz o qədər pis deyil ki, kimdənsə kredit istəyək" - Nazir
Bölmə: İqtisadiyyat › ,Tarix: 17:09 28.01.2016
"Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən 4 milyard dollar həcmində kreditin cəlb edilməsi barədə danışıqlar getmir".
İnformator-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırki vəziyyətimiz o qədər pis deyil ki, qısa müddət ərzində kimdənsə kredit istəyək. Əksinə Azərbaycan digər ölkələrə kreditlər verir.