“Texnika Bank” da bağlandı?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:07 29.01.2016

“Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev bankın lisenziyasının ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib. 

İnformator xəbər verir ki, o, Musavat.com-a açıqlamasında Mərkəzi Bankın belə bir qərarının olduğunu təkzib edib.  Etibar Əliyev bankın bağlanması barədə qərarın artıq əməkdaşlara elan olunduğunu da təkzib edib: “Mən əməkdaşlara heç nə elan etməmişəm. Hamı iş başındadır. Bankın lisenziyasının ləğvi barədə qərar yoxdur. Belə bir qərar olsa, ona hörmətlə yanaşacağıq”.

Bankdakı mənbə isə Musavat.com-a bildirib ki, həqiqətən "Texnikabank"ın bağlanacağı gözlənilir. Amma Mərkəzi Bankın bu barədə qərarı rəsmən elan edilməyib. 

Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda bankların bağlanmasına, bəzilərinin isə birləşdirilməsinə başlanılıb. İndiyədək 6 bank bağlanıb, bir neçə iri bankın isə konsolidasiyası gözlənilir.