Azərbaycan neftinin qiyməti 36 dollar olub
Bölmə: İqtisadiyyat › ,Tarix: 10:18 29.01.2016
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar yaxud 4,62% bahalaşıb.
İnformator xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 35,98 dollara bərabərdir.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.