Azərbaycan BVF-də kvotanı xeyli artırıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:22 09.02.2016

Azərbaycan Beynəlxalq Valyuta Fondunda (BVF) kvotanı 160,9 milyon SDR-dən (224,34 milyon dollar) 391,7 milyon SDR-dək (546,14 milyon dollar) artırıb.

İnformator.az xəbər verir ki, Trend-in BVF-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın kvotasının 44 faizi (173,1 milyon SDR və ya 377,7 milyon manat milli valyutada yerləşdirilə bilər.

Məlumata görə, Azərbaycan kvotanın artırılmasını artıq razılaşdırıb, lakin payının ödəniş müddətini hələ təsdiq etməyib.